Balakəndə evdən 3,5 kq narkotik maddə tapıldı
20 yanvar 2017 14:58 (UTC +04:00)

Balakəndə evdən 3,5 kq narkotik maddə tapıldı

0

Balakən sakinin evindən külli miqdarda narkotik maddə tapılıb.

 

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazma kənd sakinləri Şümeysət Əliyevanın və qızı İlahənin yaşadıqları evə baxış zamanı  3 kiloqram 446,27 qram marixuana aşkar edilərək götürülüb.

 


Həmin narkotik vasitəni (gələcəkdə satmaq məqsədi ilə) onlara satmaq üçün verən  Mahamalar kənd sakini Kamran Babayev müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı 46,93 qram marixuana da aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 365

Oxşar yazılar