APA-nın məlumatına görə, küçə ilə hərəkət edən “VAZ 21015” avtomobili "KİA” markalı və "Mercedes" markalı avtomobillər ilə toqquşub. Zərbənin gücündən "Mercedes Benz" yolun kənarında dayanan digər "Mercedes" avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ağır, 1 nəfər yüngül xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları hadisə yerinə cəlb olunub. Qəza nəticəsində avtomobillərin birində yanacaq sızması baş verib. Hazırda ərazi FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarət altında saxlanılır.
Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.