Bakıda yol qəzası baş verib - <span style="color:red;">YENİLƏNİB
06 mart 2014 09:38 (UTC +04:00)

Bakıda yol qəzası baş verib - YENİLƏNİB

0
Bakının Səbayel rayonu, Neftçilər prospektində yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, Dəniz Vağzalı yaxınlığında "90 GT 938" dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobillə "10 NF 384" nömrəli "Toyota Corolla" toqquşub.

 

Toqquşmanın təsiri güclü olduğundan hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı tikintinin hasarına çırpılıb. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki sürücü içki müayinəsindən keçirilib.

 

Hadisəyə səbəb kimi "Opel Astra" markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilib.

 

Faktla bağlı Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1018

Oxşar yazılar