Bakıda soyğunçuluqla məşğul olan 2 nəfər yaxalanıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 15-də Nərimanov rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Xəqani Nəbiyevin 530 manat pulunu soyğunçuluq yolu ilə alıb.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Hidayət Əsədov tutulub.
Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Vasif Həsənovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Gülağa Quliyev tutulub.