Bakıda şirkət direktoruna qarşı külli miqdarda dələduzluq edilib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, “Medisan” MMC-nin direktoru, 1976-cı il təvəllüdlü Üzeyir Əfqan oğlu Cəfərov polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən ilin mart ayında Mətin Oktay oğlu Bayramov satmaq adı ilə ondan 54 min manat dəyərində dərman preparatı alıb. Lakin sonuncu Ü. Cəfərova dələduzluq edib.
Faktla bağlı araşdırma aparılır.