Paytaxtda qadınları fahişəliyə cəlb edən şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Əsmər Hüseynzadənin və Sərmayə Muxtarovanın gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.