Bakıda Prezident Administrasiyasının yaxınlığında naməlum meyit tapılıb.
Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, meyit Cəfərovlar qardaşları, 11 ünvanında yerləşən parkda aşkarlanıb.
Meyiti tapılan şəxsin 40-45 yaşlı naməlum kişi olduğu bildirilib.
Prokurorluqdan həmçinin bildirilib ki, meyitin üzərində xəsarət aşkar edilməyib. Ölən şəxs tüfeyli həyat tərzi sürdüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.