Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub. Araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən kompyuter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanova zor tətbiq edəcəkləri ilə hədələyib 280 manatını almaları məlum olub. Faktla əlaqədar cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər müəyyən edilərək saxlanılıb, istintaqa təhvil veriliblər.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Aqşin Camalov və Emil Qurbanov olduqları müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri aparılır.