Bakıda naməlum kişi meyiti tapılıb
08 fevral 2014 19:28 (UTC +04:00)

Bakıda naməlum kişi meyiti tapılıb

Bakıda bağ evindən meyit tapılıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyit Türkan qəsəbəsinin ərazisində tapılıb.

 

Bakı şəhər sakini Əmanət Kərimovaya məxsus bağ evinin həyətində üzərində zorakılıq əlamətləri görünməyən 55-60 yaşlı kişi meyiti tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 886

Oxşar yazılar