Bakıda mənzildən külli miqdarda pul oğurlamış daha bir Gürcüstan vətəndaşı tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Vüqar Babayevə məxsus avtomobildən 28159 manat və 35000 dollar pul oğurlamış qrupun digər üzvü - Gürcüstan vətəndaşı Mukhran Nizharadze tutulub. Ondan 0,227 qram heroin götürülüb.
Araşdırmalar davam etdirilir.