Bakıda soyğunçuluq etdiklərinə görə, axtarışda olan şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cənubi Koreya vətəndaşları Bak Unggyoonu və Park Kihyunu döyərək 500 dollar, 120 manat pul və 2 ədəd mobil telefonlarını soyğunçuluq yolu ilə almış qrupun digər üzvləri müəyyən edilib. Bakı şəhər sakinləri Sadiq Hüseynov və Mehman Qədirov tutulublar.
Araşdırmalar davam etdirilir.