
Bakıda intihara cəhd - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər kişi ticarət mərkəzinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
11:46
Bakıda intihara cəhd edilib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində “AMAY” Ticarət Mərkəzində qeydə alınıb. Naməlum kişi ticarət mərkəzinin damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib. İntihar etmək istəyən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib.
Polisdən APA-ya bildirilib ki, hazırda intihara cəhd edən şəxsin izahatı alınır. İlkin məlumata görə, həmin şəxs 93 min manat pulunun mənimsənildiyi üçün intihar etmək istəyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
3 iyul 2025 , 16:02
Novxanı və Görədildə bağ evlərindən oğurluq edənlər saxlanıldı - VİDEO
3 iyul 2025 , 16:00
İzmirdə yanğın fəlakəti - FOTOLENT
3 iyul 2025 , 15:17
Məktəb direktoru faciəvi şəkildə öldü
3 iyul 2025 , 14:00
Lənkəran sakini arvadını ağacla döyüb özünü öldürdü
3 iyul 2025 , 13:54