Bakıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1680 m2 olan ikimərtəbəli 6 otaqlı evin taxta konstruksiyadan ibarət mansardı 560 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.