Bakıda xuliqanlıq etmiş iki nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, fevralın 10-u saat 00:20 radələrində T.Bağırov küçəsində Tural Kətanovu və qardaşı İlkini döyərək xəsarət yetirmiş Bakı şəhər sakinləri Xəyyam Səfixanov və Firuz Əliyev müəyyən edilib. Səbail RPİ 9-cu PB-nin əməkdaşları hər iki şəxsi yaxalayıb.
Araşdırmalar davam etdirilir.