Bakıda fahişəliklə məşğul olan 3 qadın tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiklərinə görə 3 nəfər müəyyən edilib. Bakı şəhər sakinləri Rəna Əliyeva, Elnarə Ələsgərova və Rəvşalə Əliyeva saxlanılıb.
Araşdırmalar davam etdirilir.