Bakı polisi oğurluqla məşğul olan şəxsləri yaxalayıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisindəki evlərin birindən mobil telefon və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Kərimov və Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Murad Həsənbəyli saxlanılıblar.
Bundan başqa Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 280 ABŞ dolları və 40 avro, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Axundov tutulub.
Saxlanılan şəxslərin ətrafında araşdırmalar davam etdirilir.