<b>Bakıda dayə işlədiyi evdəki seyfdən pul oğurladı</b>
25 yanvar 2018 12:34 (UTC +04:00)

Bakıda dayə işlədiyi evdəki seyfdən pul oğurladı

Bakıda oğurluq etmiş qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub. Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla   dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindən seyfdə olan 680 manatın və noutbukun oğurlanması məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun əvvəllər həmin evdə dayə kimi çalışan qadın tərəfindən edilməsi müəyyən edilib və görülmüş tədbirlərlə Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar