“Son sutka ərzində paytaxtda 3 kişi bıçaqlanıb”. Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, bir bıçaqlanma hadisəsi Pirallahı rayonunda baş verib: “Adıçəkilən rayonda bir nəfər bıçaqlanma xəsarəti ilə təcili yardıma müraciət edib. Həmin şəxs xəstəxanaya yerləşdirilib. Digər bir hadisə isə Qaradağın Lökbatan qəsəbəsində baş verib. Belə ki, eyni vaxta iki nəfər bıçaqlanıb və onlar özləri tibbi yardım stansiyasına gəliblər. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər”.
Z . Vahidova onu da vurğulayıb ki, paytaxtda baş vermiş avtoqəza nəticəsində bir nəfər yaralanıb və həmin şəxs də xəstəxanaya aparılıb.
“11 nəfər dəm qazından zəhərlənib və onlardan da 9 nəfəri xəstəxanaya yerləşdirilib”-deyə, böyük həkim əlavə edib.