AXCP qərargahının zirzəmisində güclü partlayış - <span style="color:red;">YENİLƏNİB
03 mart 2014 10:45 (UTC +04:00)

AXCP qərargahının zirzəmisində güclü partlayış - YENİLƏNİB

0

Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmisində güclü partlayış baş verib. Lent.az-ın məlumatına görə, bunu partiyanın mətbuat katibi Natiq Ədilov “facebook” səhifəsində bildirib. O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrində baş verib. Partlayış nəticəsində qərargaha ziyan dəyib.

 

 Hadisə vaxtı xəsarət alan olmayıb.

 

 

*****

 

9:55

 

 

Bakı şəhəri Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub.

 

Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1203

Oxşar yazılar