Bakıda kafedə əxlaqsızlıq yuvasının təşkil edilməsi faktı aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbəsindəki bazarın içərisində yerləşən kafedə Abşeron rayon sakini Leyla Qasımovanın gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.