Bakıda oğurluğa cəhd olub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 28.11.2016-cı il tarixdə saat 04:00 radələrində Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi, bağ massivində oğurluqda şübhəli şəxs qismində Baki şəhər sakini 1997-ci il təvəllüdlü Novruzov Elxan Pərviz oğlunu Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşı saxlayaraq ərazi üzrə 1-ci Polis Bölməsinə təhvil verib. Araşdırma zamanı məlum olmuşdur ki, E.Novruzov saxlanımamışdan bir neçə saat əvvəl, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsində yerləşən Abazer Aslanbekova məxsus mənzildə quraşdırılmış su nasosunun elektrik naqilini kəsərək oğurlamağa cəhd göstərib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci PB-də araşdırma aparılır.
Bakıda bağ evinə soxulan oğru yaxalandı
163