Yanvarın 27-də saat 05 radələrində Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nəsimi rayonu Bakıxanov küçəsində Astara rayon sakini Rəsul Qafarlının idarə etdiyi “VAZ-2101” və Xırdalan şəhər sakini Fəxrəddin Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. F.Məmmədov, habelə R.Qafarlının sərnişinləri - Bakı şəhər sakini İlahə Novruzova, Səbinə İsmayılova, Samir Behbudov və 25 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.