Bakıda 25 yaşlı oğlan qadını atasının gözü qarşısında zorlayıb
29 noyabr 2013 14:20 (UTC +04:00)

Bakıda 25 yaşlı oğlan qadını atasının gözü qarşısında zorlayıb

0

Suraxanı rayonunda 58 yaşlı qadın zorlanıb. Hüquq-mühafizə orqanlarından APA TV-yə bildirilib ki, 25 yaşlı oğlan qadını təqib edib. Gecə saatlarında  Bülbülə qəsəbəsində yaşayan atasına baş çəkməyə gedən qadın evə daxil olan zaman bir nəfər naməlum şəxsin hasardan tullanaraq, onların həyətinə daxil olduğunun şahidi olub. Qadın qışqırmağa başlasa da, özünü ona çatdıran gənc buna mane olmağa çalışıb. Naməlum şəxs onu soyunmağa məcbur edib. Müqavimət  göstərə bilməyən qadını 2 dəfə zorlayıb. Məlumata görə, hadisə qadının yaşlı atasının gözləri qarşısında baş verib. Onlar qışqırıb kömək istəsələr də, qonşulardan heç kim yardıma gəlməyib. Ertəsi gün qadın 102 "Qaynar xətt"inə zəng edərək, hadisə barədə polisi məlumatlandırıb. Aparılan araşdırmalar nəticəsində hadisəni törətməkdə təqsirləndirilən 25 yaşlı Babayev saxlanılıb. Bülbülə qəsəbəsində bərbərlik edən Babayev əməlindən peşman olduğunu, sərxoş olduğu üçün özünü idarə edə bilmədiyini deyib. Toplanmış materiallar polis bölməsindən  Suraxanı rayon Prokurorluğuna göndəriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9044

Oxşar yazılar