Bakıda 17 nəfər xəsarət aldı
31 yanvar 2014 16:10 (UTC +04:00)

Bakıda 17 nəfər xəsarət aldı

Bu gün səhər saat 09:00-dan günorta saatlarına qədər yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 17 müraciətlər daxil olub.


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, onların hamısı ilkin yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. O deyib ki, müraciətlər Xəzər rayonu istisna olmaqla Bakının bütün rayonlarından daxil olub: “Zədələnənlər arasında qadınlar üstünlük təşkil edib. Onlar arasında ciddi xəsarət alan olmasa da hadisə nəticəsində sınıq, çıxıq kimi diaqnozlar qoyulub və lazımi tibbi yardım göstərilib. Bəzi insanlara isə ilkin yardım edildikdən sonra evlərinə aparılıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721
avatar

Oxşar yazılar