Bakı və Masallıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 87 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Masallı rayonu, Xəlfələr kəndində ümumi sahəsi 220 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.