Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədirayonunda 1 nəfərin barmağında üzük qalıb.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq həkimlərin nəzarəti altında üzüyü vətəndaşın barmağından kəsib çıxarıblar.