Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, yüksək sürətlə hərəkətdə olan “Ford” markalı mikroavtobusun sürücüsü idarətetməni itirib. Nəticədə avtomobil aşıb.
Hadisə zamanı sürücü avtomobildə tək olub. O, qəzadan xəsarətsiz qurtulub. Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Mikroavtobus cərimə meydançasına aparılıb, hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.