Bakı-Sumqayıt yolunda 3 maşın toqquşub, 2 nəfər xəsarət alıb - <span style="color:red;">YENİLƏNİB
04 mart 2014 09:46 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda 3 maşın toqquşub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

0
Bakı-Sumqayıt yolunun 12 kilometrliyində 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib.

 

APA-nın məlumatına görə, magistral yolun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində "50 AA 824" dövlət nömrə nişanlı "Hyundai Accent"lə "90 NX 475" nömrəli "VAZ 2115" və "90 EO 301" nömrəli  "Nissan X-Trail" markalı maşınlar toqquşub.

 

Hadisə nəticəsində "Hyundai Accent"in sürücüsü 37 yaşlı İbrahim Məmmədov və sərnişini xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Yaralılar ətrafdakıların köməyi ilə, 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib. Araşdırmalar nəticəsində məlum olub ki, qəzaya  "90 NX 475" nömrəli "VAZ 2115" avtomobilin sürücüsü Rafiq Qasımov səbəb olub. 2 nəfərin xəsarət alması ilə nəticələnən qəzanın səbəbkarı hadisə yerindən qaçıb.

 

Qeyd edək ki, qəza ilə bağlı Bakı-Sumqayıt yolunda uzun tıxac meydana gəlib. Qəzada iştirak edən avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra  əraziyə gələn yol patrul xidmətinin əməkdaşları  magistral yolu açaraq nəqliyyatın normal hərəkətini təmin ediblər. Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1330

Oxşar yazılar