Azərbaycandan Ukraynaya təyyarə reysləri təxirə salınmayıb
01 mart 2014 12:05 (UTC +04:00)

Azərbaycandan Ukraynaya təyyarə reysləri təxirə salınmayıb

"Azərbaycandan Kiyevə uçuşlar mütəmadi şəkildə həyata keçirilir. Bu günə kimi Ukrayna paytaxtında baş verən iğtişaşlarla bağlı uçuşlarda problem yaşanmayıb ". Bu açıqlamanı APA TV -yə “Azərbaycan Hava Yolları” QSC-nin (“AZAL”) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli verib.
 
Onun sözlərinə görə, həftə içi 2, 4 və 6-cı günlər Kiyevə uçuşlar həyata keçirilir. Uçuşlarda təxirə salınan reyslər olmayıb. Sərnişinlərin sıxlığında da elə bir fərq hiss edilmir”.
 
Bakı-Simferopol aviareysləri yenidən bərpa olunacağına gəlincə, Heydər Əliyev Beynəlxalq Hava Limanından APA TV-yə bildiriblər ki, bu istiqamətdə aviareyslər martın 22-dən yerinə yetiriləcək. Bakı-Simferopol aviareysi həftədə bir dəfə, bazar ertəsi, saat 08:30-da yerinə yetiriləcək.
 
Qeyd edək ki, Türkiyənin “Atlasjet Havayolları”na məxsus İstanbul-Simferopol istiqamətində uçan təyyarəsi dünən Krımda baş verən məlum hadisələrlə əlaqədar eniş edə bilməyib və geri dönməyə məcbur qalıb. Bu gün səhər saatlarında isə Krımın hava məkanı 24 saat müddətinə bağlı élan olunub.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar