Azərbaycanda qətl törətmiş şəxs tutuldu
17 oktyabr 2016 11:21 (UTC +04:00)

Azərbaycanda qətl törətmiş şəxs tutuldu

0

Xaçmaz rayonunda qətl törətmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 16-da Xaçmaz rayonunun Arzu kəndindən kənd sakini İlqar Novruzov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Gündüz Məhərrəmov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar