Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 14-də Lənkəran şəhər sakini Eynulla Hüseynov yarım tikilidə qaynaq işləri apararkən, Sabirabad rayon sakini Xanqulu Vəliyev isə yaşadığı evinin hamam otağında elektrik cərəyanı vurmasından ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.