17 may
1639. Qəsri-Şirində Səfəvi elçisi Sarı xan Osmanlı nümayəndəsi Qara Mustafa paşa ilə sülh sazişi imzalayıb. Sazişə görə, Osmanlı-Səfəvi müharibəsinə son qoyuldu. İraqi Ərəb osmanlılarda, Zəncir qalasından Şərqdəki torpaqlar isə Səfəvilərdə qaldı.
1870. Yazıçı Əbdürrəhim bəy Haqverdiyev anadan olub
1918. Osmanlı ordusu Gümrünü tutaraq Culfa istiqamətinə hərəkətə başlayıb
1921. Azərbaycan İnqilab Komitəsi ərzaq inhisarının (ərzaq sapalağı) bütün formalarının ləğvi haqqında dekret verib
1922. Azərbaycan hökuməti əmək haqqında işçi qanunvericiliyinin pozulmasına görə cəza tədbirləri haqqında dekret verib
1929. Keçmiş SSRİ-də "Savadsızlığı ləğv etmək işi haqqında" qərar verilib. Qərarda milli respublikalarda savadsızlığın ləğv edilməsi bütün mədəni işin əsas və ən mühüm vəzifəsi kimi xüsusi qeyd edilib
1991. Azərbaycanda iqtidar və AXC liderləri görüşərək Məşvərət Şurası təsis ediblər
1996. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş” imzalanıb
2002. Azərbaycan Parlamenti “Ekstradisiya haqqında Avropa Konvensiyası”nı (13 dekabr 1957-ci il) ratifikasiya edib
2012. Gürcüstan Daxili İşlər Nazirliyi vətəndaşlara Azərbaycanla sərhəddəki Keşikçi dağ (David Qareci) məbədinə getməyi qadağan edib
2012. Bakıda Avropa Komissiyasının Azərbaycanla bağlı illik hesabatının təqdimatı keçirilib.