Daxili İşlər Nazirliyi Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyulun 7-də saat 9.00 radələrində Quba rayonunun Küpçalqışlaq kəndi ərazisində Xaçmaz rayon sakini Rəhman İsaqov idarə etdiyi "VAZ-2106" markalı avtomobili 8-10 metr hündürlükdən aşırıb və nəticədə avtomobil yanıb. Sürücü və sərnişini, həmyerlisi Ülviyyə Məmmədova yanaraq ölüblər.
Faktla bağlı Quba RPŞ tərəfindən araşdırma aparılır.
07/07/2017 11:11
***