Tanınmış telejurnalist Azadə Balayevaya ağır itki üz verib.
Axşam.az xəbər verir ki, bu gün onun atası vəfat edib. Məlumatı sosial şəbəkədə aparıcı Afət Telmanqızı paylaşıb.
Qeyd edək ki, A.Balayeva indiyədək bir sıra mətbu orqanlarda çalışıb. Onun sonuncu iş yeri “Space” telekanalı olub.