Avtomobil yas mağarına belə girdi
27 fevral 2014 11:20 (UTC +04:00)

Avtomobil yas mağarına belə girdi

0

Samuxda ağır yol-nəqliyyat qəzası baş verib. Lent.az-ın məlumatına görə, fevralın 26-da axşam saatlarında rayonun Qarayeri qəsəbəsində minik avtomobilinin sürətlə yas mağarına daxil olması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hadisə yerində çəkilmişfotoları tqdim edirik.

 

Fotolar Kəpəz TV-nin saytından götürülüb.

 

 

*****

 

 

27.02.2014 / 10:33

 

 

 

Samuxda ağır yol-nəqliyyat qəzası baş verib.


 

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Qarayeri qəsəbəsində baş verib.

 

Samux rayon Sarıqamış kənd sakini 1992-ci il təvəllüdlü Taleh Çobandar oğlu Babayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yüksək sürətlə hərəkət edərkən yolun kənarında yas mağarına çırpılıb. Hadisə zamanı 4 nəfər yaralanıb.

 

Onlardan bir nəfər, 1968-ci il təvəllüdlü Sakit Səfiyev dünyasını dəyişib, 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3351

Oxşar yazılar