Avtomobil icra başçısının evinə çırpılıb:<span style="color:red;"> yaralılar var  - <span style="color:red;">YENİLƏNİB
29 mart 2014 17:49 (UTC +04:00)

Avtomobil icra başçısının evinə çırpılıb: yaralılar var - YENİLƏNİB

0
Göygöldə iki gəncin ağır yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində baş verib.

 

Kənd sakini, 1994-cü il təvəllüdlü Rauf Teymurazov atasına məxsus “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı yaşayış evinin divarına çırpıb. Hadisə nəticəsində sürücü və sərnişin, 1993-cü il təvəllüdlü Elbrus Əmiraslanov ağır bədən xəsarətləri alıblar. Gəncədə xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

 

Göygöl rayon Polis Şöbəsindən bildiriblər ki, avtomobilin çırpıldığı ev hazırda İmişli rayon icra başçısı olan Vilyam Hacıyeva məxsusdur.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7110

Oxşar yazılar