Avtobus sürücüsü xilas edildi
10 mart 2014 10:06 (UTC +04:00)

Avtobus sürücüsü xilas edildi

0

Bakının Xətai rayonu üzrə xilasedicilər qrupu avtobusda köməksiz vəziyyətdə qalan sürücünü xilas ediblər. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Xətai rayonu Nobel prospekti 41-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacının olması barədə xilasedicilərə məlumat martın 9-da saat 06:31-də 112 Xidmətindən daxil olub.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, Hüseynov Elxanın idarə etdiyi “Daewoo” markalı 10-TF-311 dövlət nömrə nişanlı sərnişin avtobusu (90 №-li marşrut) idarəetməni itirərək yolun kənarındakı işıq dirəklərinə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi ağır deformasiyaya uğrayıb, sürücüsü sıxılmış vəziyyətdə qalıb və avtobusdan çıxmaq iqtidarında olmayıb.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi xilasetmə alət və avadanlıqlarla sürücünü nəqliyyat vasitəsindən çıxarıb, ona ilkin tibbi yardım göstərib və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.       

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 932

Oxşar yazılar