Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan 1,5 ay sonra Barselonadakı qocalar evində vəfat edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. Onun səhhətində, demək olar, heç bir problem olmayıb.
A.Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 65 yaşı var.