Tanınmış hüquqşünas Aslan İsmayılov barəsində cinayət işi açılıb. Lent.az xəbər verir ki, bu barədə A.İsmayılov feysbuk səhifəsi vasitəsi ilə xəbər yayıb. O bildirib ki, Binəqədi rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqında Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb.
Vəkil bu gün saat 15.00-da Polis İdarəsində dindiriləcək.