<b>Vəkil Aslan İsmayılov Lent.az-ı məhkəməyə verib</b>
06 yanvar 2017 13:27 (UTC +04:00)

Vəkil Aslan İsmayılov Lent.az-ı məhkəməyə verib

Vəkil Aslan İsmayılov Lent.az İnformasiya agentliyini məhkəməyə verib. Lent.az-ın məlumatına görə, A.İsmayılov "Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyevin qəzetdə yazdığı və saytımızın da yayımladığı "Biz hamımız kimlərinsə dostuyuq" sərlövhəli məqaləsində şərəf və ləyaqətinin alçaldılması, eləcə də işgüzar nüfuzuna xələl gətirilməsi iddiası ilə Xətai rayon Məhkəməsinə müraciət edib. Vəkil tərəflərin hər birindən mənəvi zərərə görə 50 min manat tutulmasını və təkzib yazısının dərc edilməsini tələb edib.

 

Artıq məsələ ilə bağlı Xətai rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə məhkəmə başlayıb və dekabrın 7-də hazırlıq, 26-da isə ilkin baxış iclası keçirilib. Növbəti iclas isə yanvarın 13-də saat 17:00-a təyin olunub.

 

Qeyd edək ki, məlum yazı dərc edildikdən sonra Aslan İsmayılov Lent.az-a öz mövqeyinin dərc edilməsi ilə bağlı hər hansı müraciət etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10