Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə dekabrın 15-də baş verib. Rayonun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Natəvan Babayeva idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə N. Babayeva hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən sərnişini - 7 yaşlı qızı Aysunun vəziyyəti qənaətbəxşdir.