Xızıda oğurluğa cəhd etmiş şəxs tutulub. Lent.az xəbər verir ki, dünən saat 18:10 radələrində, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları, Xızı rayonu Giləzi kəndinin ərazisində yerləşən və ANAMA-ya məxsus olan partlamış və partlamamış hərbi sursatların toplandığı ərazidən çəkisi 10 kq olan mərmi qəlpələrini oğurlamağa cəhd göstərmiş şəxsi yaxalayıb. Məlum olub ki, partlayış baş vermiş hərbi hissənin ətrafına səpələnmiş və agentlik tərəfindən yığılmış mərmi qəlpələrini oğurlayan şəxs Giləzi kənd sakini, əvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Kərimov Mahir Abil oğludur. O, Xızı RPŞ-yə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Keçmiş məhkum mərmi qəlpələrini oğurlayarkən tutuldu
155