Altıağacda yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadənn verdiyi məlumata görə, Xızının Altıağac qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın tavanı və 2-ci mərtəbəsinin döşəməsi 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:20-də söndürülüb.