Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) daha bir yüksək rütbəli əməkdaşı həbs edilib.
Bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən bildirilib.
Məlumata görə, AAHM-in zabiti, polkovnik-leytenant Namiq Nəbiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov da bir neçə gün əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.