Ali Hərbi Məktəbin qərargah rəisi vəzifəsindən azad edildi
21 noyabr 2013 13:41 (UTC +04:00)

Ali Hərbi Məktəbin qərargah rəisi vəzifəsindən azad edildi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) qərargah rəisi, polkovnik Mirzəli Yusifov vəzifəsindən azad edilib.


 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Məlumata görə, sərəncama göndərilmiş M. Yusifov ötən gün hərbi məktəbin şəxsi heyət ilə görüşərək məktəbi tərk edib.

 

M. Yusifov APA-ya açıqlamasında hərbi məktəbdəki işindən uzaqlaşdığını təsdiq edib: «Mən indi məzuniyyətdəyəm. Artıq hərbi məktəbdə işləmirəm».

 

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini də icra edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5729
avatar

Oxşar yazılar