Bu gün Lənkəranda günorta saatlarında yaşadıqları evdə meyitləri aşkarlanan ahıl ər-arvadın öldürüldüyü məlum olub.
APA-nın cənub bürosunun xəbərinə görə, bu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində əksini tapıb.
Rəyə əsasən hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib.
16:14
APA-nın cənub bürosunun xəbərinə görə, Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı Azadə Rəcəb Allahverdiyanın qəbul etdikləri qidadan mədələrinin parçalandığı, bu səbəbdən meyitlərin ağzından qan axmasının müşahidə olunduğu bildirilir.
Meyitlər hazırda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunur.
***
13:27
Lənkəran şəhərində ahıl ər-arvadın evlərində meyiti aşkarlanıb.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə şəhərin Şəhidlər xiyabanı 10 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti bu gün saat 13.00 radələrində tapılıb.
Ölümün səbəbləri hələlik məlum deyil. Onların hər ikisinin ağzından qan axdığı bildirilir.
Meyitlər müayinə üçün morqa aparılacaq.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.