Ağdamda yaşayış evi yanıb - <span style="color:red;">YENİLƏNİB
05 mart 2014 11:05 (UTC +04:00)

Ağdamda yaşayış evi yanıb - YENİLƏNİB

0

Ağdamda yaşayış evi yanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Çəmənli Ərazi Vahidliyinin Şükürağalı kəndində Bəbirova Məxmər Bəhmən qızına məxsus evdə yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Alovun qarşısı alınsa da, tikili yaşayış üçün yararsız hala düşüb. Yanğınsöndürən briqadasından verilən məlumata görə, 64 kv.m-lik evin 24 kvadrat metri yanıb. Tikilinin dam örtüyü  isə tamamilə sökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar