ABŞ konqresmeni Xocalı faciəsi ilə  bağlı bəyanat verib
01 mart 2014 10:29 (UTC +04:00)

ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib

ABŞ konqresmeni Pit Olson  Xocalı Faciəsinin 22-ci ildönümü münasibətilə Konqresdə bəyanat verib. Bu barədə Lent.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Konqresmen tərəfindən bu bəyanatın verilməsində ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.

Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edən konqresmen Olson eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsinə kömək etmək üçün ABŞ-ın öz səylərini artırmasının vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar