Ucarda baş vermiş ağır yol qəzası ilə bağlı FHN-nin məlumatı
26 mart 2014 00:25 (UTC +04:00)

Ucarda baş vermiş ağır yol qəzası ilə bağlı FHN-nin məlumatı

0

Fövqəladə Hallar Nazirliyi Ucarda baş vermiş ağır yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Ucar rayonu, Müsüslü kəndində (rayon mərkəzindən 25 km aralı) minik avtomobili ilə yük naşını toqquşub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilində sərnişin 1961-ci il təvəllüdlü Həqiqət Şükür qızı Cabbarovanın cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən H.Cabbarovanın cəsədini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

 

 Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 822

Oxşar yazılar