Bu gün "Sovetski" sakinləri növbəti dəfə aksiya keçiriblər. Aksiyaya səbəb köçürülmə ilə bağlı onlara təklf olunan vəsaitin miqdarının aşağı olmasıdır.
Bizimyol.info xəbər verir ki, aksiya 173 nömrəli məktəbin qarşısına təyin olunsa da, əraziyə polis əməkdaşları cəlb olunduğu üçün sakinlər ara məhlələrdə toplaşıblar.
Sakinlər mətbuata açıqlamalarında bir daha bildiriblər ki, onlar təklif olunan pula razı deyillər. Onlar bir çoxu bu ərazidən köçmək istəmədiklərini bildiriblər.
Ərazidə hər hansı insidentbaş verməyib.